Bakı sakininə 4 bıçaq zərbəsi vurulub

Bakı sakininə 4 bıçaq zərbəsi vurulub

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Novruzov Dünyamalı Əlirza oğlu tanışı ilə əlbıyaxa dava zamanı bıçaqlanıb. Onun qol, ayaq və qarın nahiyəsinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə