Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Vəliyeva Altun Murad qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB