Bakıda bir nəfər bıçaqlanıb

Bakının Sabunçu rayonunda gənc oğlan bıçaqlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

1994-cu il təvəllüdlü Gülməmmədov Umud Bəhman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə