Bakıda törədilən cinayətlə bağlı istintaq davam edir- SON DƏQİQƏ! - BAŞ PROKURORLUQ

Bakıda törədilən cinayətlə bağlı istintaq davam edir- SON DƏQİQƏ! - BAŞ PROKURORLUQ

Aprelin 06-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə