Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.
"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB