Şəmkirdə yanğın olub.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsindəki eyniadlı stansiyasında qeydə alınıb.
Azərbaycan Dəmir Yolları QSC-nin Səngəçal stansiyasına məxsus vaqonda anidən yanğın başlayıb.
Ərzaiyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın şəxsi heyət tərəfindən dərhal söndürülüb, vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin səbəbi məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB