Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Abbas Mirzə Şərifzadə prospekti ilə Nazim Hikmət küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarətini itirib.
Qəfil idarəetmədən çıxan maşın beton yolayrıcına çırpılıb.
Sürücü yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin hadisə yerinə cəlb edilən əməkdaşları araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB