Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var

Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. SİA xəbəri Mərkəzin Mətbuat xidmətinə istinadən verir.

Xəbərə görə, 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar: "Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib",-deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə