Bakıda binada baş verən yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Mənzil yanğından mühafizə olunub.
XXX
Saat 12.18
Bakı şəhəri Xətai prospektində yerləşən yaşayış binalarından birində yanğın başlayıb.
Trend xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB