Bakıda ikimərtəbəli mağazada yanğın olub

Bakıda ikimərtəbəli mağazada yanğın olub

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli mağazanın zirzəmisində məişət əşyaları 12 m² sahədə yanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə