Partlayışın qaz sızması nəticəsind baş verdiyi ehtimal olunur - FOTOLAR

Partlayışın qaz sızması nəticəsind baş verdiyi ehtimal olunur - FOTOLAR

Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında partlayış baş verib.

“Azəriqaz” İB-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur.

Belə ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə