Bakıda gecə klubunda partlayış olub, ölən və yaralananlar var

Bakıda gecə klubunda partlayış olub, ölən və yaralananlar var

Hadisə zamanı ölən bir nəfərin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinə təhvil verilib.

***

04.45

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda şəhər icra başçısı Eldar Əzizov hadisə baş verən ərazidədir. Bundan başqa icra hakimiyyəti aparatının xidmət rəisləri və digər məsul şəxslər də hadisə yerinə gedib.

***

04.43

1 saylı şəhər xəstəxanasına indiyə kimi 7 nəfər çatdırılıb və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

04.37

Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında qalanların olduğu ehtimal edilir.

***

04.35

Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardım briqadalarından verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) Hospitalizasiya edilib.

***

04.08

TTTYX-dən verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.

***

04.08

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***

04.00

Partlayış nəticəsində ətrafdakı nəqliyyat vasitələrinə də ziyan dəyib. Partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

***

03.39

Bakının Səbail rayonunda partlayış baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda klubda qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə