Bakıda 16 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb

Bakıda 16 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb

Bakıda 16 yaşlı qız çoxmərtəbəli binanın eyvanından yıxılıb.

SİA-nın məlumatına görə, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib. O bildirib ki, gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə