Avtomobil qadını vurub

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Xudiyeva Səbinə Musa qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə