Bakının Xətai rayonunda mənzil yanıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Çingizxan Kərimov küçəsində baş verib.
15 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yanğın başlayıb. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Qısa zamanda yanğın söndürülüb. Aparılan araşdırılmalarla müəyyən edilib ki, hadisə vaxtı mənzildə heç kim olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB