Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 nəfər tikinti işçisi həlak olmuş, 1 nəfər isə xəsarət alıb.
Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB