Ağstafada avtomobil dərəyə aşıb

Ağstafada avtomobil dərəyə aşıb

Ağstafada avtomobil dərəyə aşıb.

SİA APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində “VAZ” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə