Sumqayıtda yanğın: məhsullar yararsız hala düşdü

Sumqayıtda yanğın: məhsullar yararsız hala düşdü

Sumqayıtda yanğın olub.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində qeydə alınıb.
Yataqxanadan birinin həyətində müxtəlif məhsulların satıldığı dəmir konstruksiyalı köşk yanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində köşkdə olan yanar konstruksiyalar, eləcə də orada olan məhsullar yanaraq yararsız hala düşüb.
Yanğın söndürülüb və hadisənin digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə