Meksikanın Morelos əyalətinin Temixco şəhərində kiçik “Beech C90A King Air” adlı təyyarə supermarketin üzərinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dəhşətli qəzada 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Meksika mətbuatının məlumatına görə, təyyarə Akapulkodan Kuernavakaya getmək üçün havalanıb. Morelos qubernatoru və digər rəsmilər, Dövlət Mülki Müdafiə və Qırmızı Xaç da daxil olmaqla, hadisə yerinə təcili yardım qrupları gəlib. Təyyarənin yanacaq çənindəki partlayış təhlükəsi ilə bağlı iddialara cavab olaraq, Federal Mülki Müdafiə ətrafdakı əhali üçün heç bir risk olmadığını bəyan edib.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB