Rusiyada avtomobil qəzasında 6 nəfər yanaraq ölüb

Rusiyada avtomobil qəzasında 6 nəfər yanaraq ölüb

Rusiyanın Tatarıstan Respublikasında ölümlə nəticələnən avtomobil qəzası baş verib.

SİA TASS-a istinadən xəbər verir ki, Kazan-Orenburq yolunda “Lada Largus” və “Iveco” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Lada”da olan 6 sərnişin yanaraq həlak olub.

İlkin ehtimala görə qəzaya “Lada” sürücüsünün yük avtomobilinin yoluna çıxması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə