Ermənistanda qarşısı alına bilinməyən kriminal müharibə faktoru da davam etməkdədir. SİA xəbər verir ki, erməni KİV-lərinin yazdığına görə, Ararat vilayətində silahlı insident baş verib və “Qazi Avo” ləqəbli kriminal avtoritet güllə yaraları ilə xəstəxanaya aparılıb.
“Xəsarət almış kişi bir neçə yara alıb, o izahat vermək vəziyyətində deyil”, yazan shamshyan.com kriminal xronikası bildirir ki, hadisə Ararat vilayətində yerləşən Artaşat darm teatrının binası qarşısına baş verib.
“Martın 28-də saat 20:40-da Artaşat tibb mərkəzindən polisə məlumat verilib ki, onlara odlu silahdan açılan atəş nəticəsində yaralanmış kişi gətirilib. Həkimlər polislərə məlumat veriblər ki, həmin şəxs boyun nahiyəsindən, qarnından və digər bədən üzvlərindən yaralanıb və izahat vermək imkanında deyil.
Aparılan araşdırmalardan sonra məlum olub ki, xəsarət alana bir neçə dəfə atəş açılıb. Həmçinin bildirilir ki, xəsarət alan adam Ararat vilayətinin Artaşat şəhərində “Qazi Avo” ləqəbi ilə tanınan məşhur kriminal avtoritetdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB