Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Təhlə kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Rəhman Məhərrəmovu avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB