Güclü külək İsmayıllı rayonunda fəsadlara yol açıb

Güclü külək İsmayıllı rayonunda fəsadlara yol açıb

Ötən gün axşam saatlarında başlayan güclü külək bu gün də davam edib və bir sıra fəsadlara səbəb olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, güclü külək rayonun Topçu kəndində orta məktəbin dam örtüyünü qopararaq tamamilə yararsız vəziyyətə salıb.

Külək nəticəsində, həmçinin İsmayıllı sakini Xanoğlan Mustafayevə məxsus tövlənin dam örtüyü yararsız vəziyyətə düşüb. Güclü külək səbəbindən elektrik təsərrüfatında yaranan qəza bir sıra yaşayış məntəqələrini də işıqsız qoyub.

Rayon icra hakimiyyəti tərəfindən yaraldılan komissiya yerlərdə olub. Hazırda komissiya dəyən zərərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə