Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb...

...ölən və yaralananlar var
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb...

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, qəza Ərzurum-Ərzincan magistral yolunda qeydə alınıb. İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qqüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə