Buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır - BAŞ PROKURORLUQ
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB