Paytaxtın Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində evin bir otağında döşəmə və əşyalar yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, FHN-in 112 - qaynar telefon xəttinə Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobilinin “MAN” markalı yük avtomobilinə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat verilib. FHN-in hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri müxtəlif xəsarətlər alan və iki nəqliyyat vasitəsinin arasında sıxılmış vəziyyətdə qalan bir nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB