Avtomobil 8 yaşlı uşağı vurub - BAKIDA

Avtomobil 8 yaşlı uşağı vurub - BAKIDA

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Səma Namiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə