Kanadada atışma olub, ölən var

Kanadada atışma olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Yeni Şotlandiya ştatının Halifax şəhərində qeydə alınıb. Atışma zamanı bir nəfər ölüb.

Qeyd edilir ki, şəhərin mərkəzi hissəsində baş verib. Hadisə yerinə gələn polis güllə yaraları almış bir gənci aşkarlayıb. O, xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə