Nəsimi rayonundakı yaşayış binasında yanğın baş verib

Nəsimi rayonundakı yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə yanğın baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mənzilin bir otağında içərisində ərzaq olan karton qutular 10 kvadratmetr sahədə və dəhlizində lambirindən ibarət tavan 8 kvadratmetr sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə