Yevlaxda şübhəli bilinən şəxs saxlanılıb

Yevlaxda şübhəli bilinən şəxs saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
SİA xəbər verir ki, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Baloğlan Məmmədov saxlanılıb.

B.Məmmədovun üzərindən və əlindəki sellofan torbadan satış məqsədilə qablaşdırdığı metamfetamin, heroin, marixuana, həmçinin elektron tərəzilər aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və B.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə