Lənkəranda 72 yaşlı qadını avtomobil vurub. SİA xəbər verir ki, hadisə rayonun Zövlə kəndi ərazisində baş verib.
Belə ki, 1950-ci il təvəllüdlü Şağlaser kənd sakini Vəsmcan Salman qızı Tağıyevanı "Vaz2107" markalı avtomobil vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün izahatı alınmaq üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB