Sabirabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Muğan prospektində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri yol kənarında dayanan 12 yaşlı Mehdiyev Əvəz Yaşar oğluna çırpılaraq onu öldürüb. Həmçinin qəza nəticəsində sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB