Piyadanı öldürərək qaçan sürücü polisə təslim olub - YENİLƏNİB

Piyadanı öldürərək qaçan sürücü polisə təslim olub - YENİLƏNİB

Lənkəranda piyadanın ölümünə səbəb olan sürücünün kimliyi məlum olub. SİA xəbər verir ki, hadisəni Lənkəran rayonunun Vilvan kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar Fərzizadə törədib.

O, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Sonra özü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışıb. Amma qorxduğu üçün hadisəni özünün törətdiyini heç kimə söyləməyib.

Lakin V.Fərzizadə sonra polisə könüllü təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə