Lənkəranda 47 yaşlı kişini avtomobil vurub. SİA-nın verdiyi məlumata görə, gecəyarısı rayonun Vilvan kəndi ərazisində piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Nəticədə 1965-ci il təvəllüdlü Veravul kənd sakini Maşallah Hüseynov dünyasını dəyişib. Onu yoldan keçən şəxslərdən biri avtomobili ilə xəstəxanaya aparsa da, artıq piyadanın öldüyü məlum olub. Hazırda qəzanı törədərək hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB