Avtomobil 38 yaşlı qadını vurub

Avtomobil 38 yaşlı qadını vurub

Bakıda 38 yaşlı qadını avtomobil vurub. SİA-nın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Şahmalıyeva Aynurə Əsədulla qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə