Göygöldə birmərtəbəli ev yanıb

Göygöldə birmərtəbəli ev yanıb

Göygöl şəhərində birmərtəbəli evdə yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ümumi sahəsi 216 kvadratmetr olan evin hamam otağının lambirindən ibarət tavanı 18 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə