Martın 23-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yolu keçən Ağdaş rayon sakini Kəramət Məmmədov Bakı şəhər sakini Ə.Eminovun idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB