Qazax rayonunda ağır yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
İdarəetmədən çıxan avtomobilin aşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB