Salyanda yol qəzası olub

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Salyan şəhərinin Bayraq meydanının yaxıınlığında qeydə alınıb.

Hadisə zamanı iki minik avtomobili toqquşub.

Nəticədə hər iki avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı aradırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə