Dinamit zavodunda partlayış olub

Yunanıstanın Qrevena şəhərindəki dinamit zavodunda baş verən partlayış nəticəsində 3 işçi həyatını itirib.

SİA rus mediasına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Şəhərin meri bildirib ki, partlayış zamanı zavod tamamilə dağılıb, bir mühafizəçi xəsarət alıb. Yerli sakinlər əvvəlcə zəlzələ olduğunu zənn ediblər.

Qeyd edək ki, müəssisədə istehsal olunan dinamit əsasən mühəndis işlərində istifadə edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə