Evlərdən oğurluq edən şəxs saxlanılıb

Evlərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda evlərdən 5 500 manatlıq oğurluq edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən 500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Cavadov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə