Meksikanın mərkəzindəki San-Luis-Potosi ştatında avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, azı 18 nəfər yaralanıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Milenio” qəzeti öz saytında məlumat yayıb.
Məlumata görə, avtobus Serritos bölgəsindəki federal magistral yolda aşıb.
Yaralılardan azı 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Xilasedicilər və həkimlər yaralıları region paytaxtının tibb müəssisələrinə çatdırıb, lazımi köməklik göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB