Abşeronda yanğın zamanı bir nəfər zəhərlənib

Abşeronda yanğın zamanı bir nəfər zəhərlənib

Abşeronda yanğın baş verib.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə