Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin dam örtüyü və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB