Bacısını öldürən şəxsin istintaqı başa çatıb

Bacısını öldürən şəxsin istintaqı başa çatıb

Şabranda bacısını qətlə yetirməkdə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. SİA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il rayonun Çaraq kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Rüfət Əvəz oğlu qısqanclıq zəminində bacısı 1998-ci il təvəllüdlü Nəcibə İsayevanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Rüfət Quliyev tutularaq istintaq təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə