Şəmkirdə qadın intihar edib

Şəmkirdə intihar hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini Ayşən Hacıyeva yaşadığı evdə özünü asıb.

Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə taplılıb.

Meyt müayinə olunması üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə verilib.

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə