Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə rayon ərazisindəki sexlərin birindən 18600 manat dəyərində şirniyyat bişirən soba, lazer printer və 2 ədəd samovarın oğurlanması barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Kərimov, Z.Rüstəmov və oğlu R. Rüstəmov saxlanılıblar.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB