Quldurluq edən şəxs saxlanılıb

Quldurluq edən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə martın 11-də Çaxçaxlı kəndi ərazisində bir nəfərin əcnəbi vətəndaşı bıçaqla hədələyib pul tələb etməsi, quldurluq yolu ilə cibində 820 manatı olan gödəkcəsini alması barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə