Bakının Sabunçu rayonunda yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü Məmmədova Nuray Rasim qızı yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB