Fevralın 27-si Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstə tərəfindən qətlə yetirilən həmvətənlərimiz - bir ailənin 4 üzvü Göygöl rayonunun Murovdağ qəbiristanlığında torpağa tapşırılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dünyasını dəyişən şəxslərin cənazəsi 18 gün sonra vətənə gətirilib. Həmvətənlərimizin nəşi ilk olaraq Moldovaya, oradan Rumuniyaya və gecə saatlarında Bakıya, daha sonra isə Gəncə şəhərinə çatdırılıb.
Məlumat üçün bildirək ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Odessa vilayətindən Moldova istiqamətinə avtomobillərlə keçmək istəyən 8 avtomobil karvanından ibarət 40 nəfərdən artıq azərbaycanlı Kuçurqan sərhəd keçid məntəqəsində maskalı şəxslərin silahlı hücumuna məruz qalıblar. Nəticədə Rəhim İsmayılov, oğlu Azər İsmayılov, qardaşı Nemət İsmayılov hadisə yerində ölüb. Rəhim İsmayılovun bacısı oğlu 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alanların 2-si hazırda Moldovada xəstəxanada müalicə alır. Yaralılardan birinin vəziyyəti daha ağırdır.
Hazırda sözügedən həmvətənlərimizin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB